DÜNYA
Niderland vergi islahatlarına başlayır
Bakı, 5 oktyabr, AZƏRTAC
Niderland hökumətinin həyata keçirməyə planlaşdırdığı vergi islahatı ölkədə qüvvədə olan vergi rejimini sadələşdirməyi və vergi inzibatçılığını təkmilləşdirməyi nəzərdə tutur.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, Maliyyə Nazirliyinin elan etdiyi yeni vergi islahatına əsasən, kiçik və orta biznes, eləcə də vətəndaşların əksəriyyəti üçün vergilər azaldılacaq, bir sıra vergi prosedurları isə sadələşdiriləcək.
Bununla yanaşı, 2018-ci ilin yanvarından dividendlərdən vergi tutulması qaydaları da dəyişdiriləcək. Bir qədər mülayimləşmə olsa da, hökumət vergidən yayınmaya qarşı sərt mübarizə siyasətini davam etdirəcək.
Plana əsasən, korporativ vergini ən aşağı dərəcə ilə - 20 faizlə ödəyəcək şirkətlərin sayı artacaq. Bu vergi dərəcəsi hazırda illik 200 min avro məbləğində gəlirə tətbiq edilir. Bundan artıq gəlirlərə isə 25 faizlik dərəcə tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]