DÜNYA


Niderlandda onlayn qumar oyunlarından vergi tutulacaq

A+ A

Bakı, 31 iyul, AZƏRTAC 

Ölkə parlamentinin aşağı palatası onlayn qumar oyunları ilə bağlı fəaliyyətlərin və vergitutma məsələlərinin tənzimlənməsi haqqında qanun qəbul edib.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, bu sahədən əldə olunan gəlir üçün vergi “fiziki” oyun müəssisələrinin vergisinə bərabər olacaq və 29 faiz təşkil edəcək. Qanun layihəsinin ilk variantında vergi dərəcəsinin 20 faiz qoyulması nəzərdə tutulsa da, müzakirələr nəticəsində 29 faiz təsdiqlənib. Qarşıdakı üç il ərzində bu dərəcənin azaldılaraq 25 faizə salınacağı planlaşdırılır.

Niderlandda qumar oyunlarının vergiyə cəlb olunması 2015-ci ildən gündəlikdədir. Əgər parlamentin yuxarı palatasında da təsdiq olunsa, bu qanun gələn ilin ortasından qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.