DÜNYA


Niderlandda qatarlar külək elektrostansiyalarının enerjisi ilə işləməyə başlayıb

Bakı, 11 yanvar, AZƏRTAC

Niderlandda bütün dəmir yolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb.

AZƏRTAC “Rambler” resursuna istinadən xəbər verir ki, ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz olunmasına keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisədir. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.

Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 kilometr məsafəni qət etməsinə kifayət edəcək.

Bundan əvvəl Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.