DÜNYA


Niderlandda yığılan verginin məbləği büdcə profisitinə imkan yaradacaq

Bakı, 10 iyul, AZƏRTAC

Niderlandın Maliyyə Nazirliyinin hesablamalarına əsasən, ölkədə vergi daxilolmaları yüksək olduğuna görə, bu il büdcə profisitinə nail olunacaq.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, vergi sahəsini təmsil edən hakimiyyət dairələri əvvəlcə büdcəyə nəzərdə tutulduğundan 8 milyard avrodan artıq vergi daxil olacağını proqnozlaşdırmışdılar.

Ayrı-ayrı vergi növlərinə gəldikdə isə ilkin proqnozlarla müqayisədə büdcəyə əlavə dəyər vergisi üzrə 2,4 milyard, korporativ vergi üzrə 2,3 milyard dollar artıq vəsait daxil olacağı gözlənilir.

Gəlir vergisinin məbləği isə büdcədə nəzərdə tutulduğundan 1,2 milyard avro çox olacaq. Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, bu il büdcə profisiti ümumi daxili məhsulun 0,2 faizi qədər olacaq, 2021-ci ilə qədər isə bu göstərici 1,3 faizə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.