SİYASƏT


Niderlandın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Niderlandın ölkəmizdəki səfiri Robert Jan Qabrielse ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illər ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı, həmçinin iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfirə minnətdarlıq edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.