CƏMİYYƏT


Niderlandlı iş adamlarına Azərbaycanın investisiya imkanları barədə məlumat verilib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı Zierikzee şəhərində Azərbaycana, ölkəmizin investisiya imkanlarına həsr olunmuş tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin baş redaktoru Aad van der Vouden, “Connect” təşkilatının sədri Vüqar Abbasov, təşkilatın katibi Vim van Embden, yerli iş adamları, KİV nümayəndələri iştirak ediblər.

Katib Vim van Embden Azərbaycana dair təqdimatla çıxış edib, ölkəmizin 1918-ci ildən bu günə qədər keçdiyi inkişaf yolundan, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə danışıb. Vim van Embden, həmçinin Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb, ölkəmizin gözəlliyindən, tolerantlıq mühitindən, xalqımızın qonaqpərvərliyindən söhbət açıb.

Niderlandda yaşayan soydaşımız, nəqliyyat üzrə mütəxəssis Nurlan Ağayev Azərbaycanın iqtisadiyyatı, turizm və sərmayə imkanları ilə bağlı təqdimatla çıxış edib.

Sonra Azərbaycan haqqında qısametrajlı sənədli film nümayiş etdirilib, ölkəmizlə bağlı viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.