ELM VƏ TƏHSİL
Niderlandlı tarixçi alim Hüseyn Cavidin Ev Muzeyində olub
Bakı, 30 iyul, İbrahim Əsədov, AZƏRTAC
Niderland Krallığının Amsterdam şəhərindəki UAF Universitetinin tarixçi alimi Femi Van Veru Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, F.Veru “Orta Asiya və Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyətlər” mövzusunda elmi tədqiqat işi aparır. Buna görə də niderlandlı alim Azərbaycan ədəbiyyatında Hüseyn Cavid irsi haqqında elmi məlumatlar toplayır.
Hüseyn Cavidin Ev Muzeyi ilə tanış olan F.Veruya böyük ədibin zəngin ədəbi-fəlsəfi irsi barədə geniş məlumatlar verilib.
Görüşdə qonaq təmsil etdiyi universitetdə dərslərin birini Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edəcəyini bildirib.