İDMAN


Nigar Nəsirova 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışında üçüncü olub

Bakı, 16 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınların yarışında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında İran idmançısı Qolnouş Sebhatullah qalib gəlib.

AZƏRTAC xəbər verir ki, o, 239.3 xal toplayıb. İkinci yerin sahibi misirli Afaf Elhodhod olub. Azərbaycan idmançısı Nigar Nəsirova 211.5 xalla bürünc medal qazanıb.

Digər idmançımız Zərifə Qasımova isə 171 xalla yarışı beşinci pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.