DÜNYA


Nigerdə qaçqın düşərgəsinə hücum nəticəsində 20-dən çox əsgər öldürülüb

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

Niger Respublikasında Malidən olan qaçqınların yerləşdiyi düşərgəyə Boko Haram silahlıları tərəfindən edilmiş hücum nəticəsində 20-dən çox əsgər öldürülüb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə ölkənin Qərbi Thoya rayonunda baş verib.

Malidə artıq dörd ildir ki, terrorçu qruplaşmalara qarşı mübarizə aparılır, ölkənin şimali və mərkəzi regionlarında qeyri-sabitlik hökm sürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.