İQTİSADİYYAT


Nigeriya: OPEC razılaşmanın detallarını bu gün müəyyənləşdirəcək

A+ A

Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Əlcəzairdə neft hasilatının məhdudlaşdırılmasına dair əldə edilən ilkin razılaşmanın detallarını bu gün Vyanada baş tutacaq toplantıda müəyyənləşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə verdiyi müsahibədə Nigeriyanın OPEC-dəki nümayəndəsi İbrahim Vaya deyib.

Dünən Vyanada keçirilən ilk görüşdən sonra isə Liviyanın OPEC üzrə rəhbəri Mohamed Oun müzakirələrin yaxşı keçdiyini demişdi.

Bu danışıqlar gələn həftə nazirlər səviyyəsində keçiriləcək toplantıya hazırlıq kimi qiymətləndirilir.

Neft mütəxəssisləri və analitikləri isə OPEC-in qlobal neft təklifi çoxluğunun azaldılması üçün razılığa gələcəyinə getdikcə daha çox ümid bəsləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.