DÜNYA


Nigeriyada silsilə terror hücumları nəticəsində azı 16 nəfər ölüb

Bakı, 27 iyun, AZƏRTAC

Nigeriyanın Borno ştatında baş verən silsilə intiharçı hücumlar nəticəsində azı 16 nəfər ölüb, 13 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polisə istinadla “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücumlar bazar günü axşam baş verib. Terrorçuların əsas hədəfi Маyduquri şəhər universiteti olub.

Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması Qərb təhsil modelinə qarşı çıxır və bütün ölkə ərazisində şəriət qayda-qanununun tətbiqini tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.