DÜNYA


Nigeriyada təbii qaz boru kəmərində partlayış baş verib

A+ A

Bakı, 26 iyul, Nihad Budaqov, AZƏRTAC

Nigeriyanın cənub-şərqindəki Akva İbom əyalətində dövlətə məxsus təbii qaz boru kəmərində partlayış olduğu bildirilib.

AZƏRTAC “enerjienstitusu.com”a istinadla xəbər verir ki, Nigeriya polisi partlayışın texniki bir səhv ilə əlaqədar meydana gəldiyini açıqlayıb.

Bununla yanaşı, ölkədə təbii qaz boru kəmərlərinə təşkil etdiyi hücumlarla tanınan “Niger deltasının intiqamçıları” adlı silahlı qrup özünün internet saytında etdiyi şərhdə hücumu boynuna götürdüyünü bildirib.

Qeyd edək ki, “Niger deltasının intiqamçıları”nın yaraqlıları bu ilin fevralından başlayaraq Nigeriyada neft-qaz müəssisələrinə hücumlar təşkil edir. Həmin hücumlar nəticəsində Nigeriyanın gündəlik neft istehsalı 2016-cı il büdcəsində nəzərdə tutulan gündəlik 2,2 milyon barreldən 1 milyon barrelə düşüb. Həmçinin, silahlı qrup hökumətin bölgədəki birliklər və liderlərlə müzakirə təklifini də rədd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.