DÜNYA
Nigeriyada törədilmiş terror aktı nəticəsində 120 nəfər həlak olub
Bakı, 29 noyabr, AZƏRTAC
Nigeriyada baş vermiş terror aktı zamanı həlak olanların sayı 120 nəfərə çatıb, 270 nəfər isə yaralanıb. Kano şəhərinin əsas məscidi yaxınlığında cümə namazı zamanı törədilən partlayışın ardından 10-a yaxın silahlı ətrafa atəş açmağa başlayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Hakimiyyət bu hücumu məscidin imamı olan Mərkəzi Bankın keçmiş başçısı Lamido Sanusinin çıxışı ilə bağlayır. Belə ki, Sanusi keçən həftə yerli əhalini ölkənin şimal-şərqində iyirmidən artıq şəhəri nəzarətə almış “Boko haram” qruplaşmasına qarşı silahlı mübarizəyə qalxmağa səsləmişdi.
Qərb həyat tərzinin əleyhinə çıxan “Boko haram” Nigeriyada şəriət qanunlarının tətbiq edilməsinə çalışır. Son beş ildə bu zəmində baş verən toqquşmalar nəticəsində on mindən artıq insanın həlak olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]