İQTİSADİYYAT


Nigeriyanın neft naziri: OPEC-in hazırkı hasilatı azaldacağını düşünmürəm

A+ A

Bakı, 16 avqust, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hazırkı neft hasilatını azaldacağı inanılan deyil.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bu fikirdədir. Nazir dünya neft hasilatının 70 faizini istehsal edən ölkələrin qarşılıqlı əlaqəsinin bazara təsir edə biləcəyinə inanır.

Qeyd edək ki, böyük neft istehsalçılarının toplaşacağı qeyri-rəsmi yığıncağın gələn ay Əlcəzairdə keçirilməsi planlaşdırılır. OPEC-ə üzv ölkələrin də sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində bir araya gəlməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.