İQTİSADİYYAT


Nijni Novqorod biznesi Azərbaycanla ticari-iqtisadi əməkdaşlığa hazırlaşır

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Nijni Novqorod vilayətinin Ticarət və Sənaye Palatasında Azərbaycan Respublikasına səfər edəcək biznes-missiya iştirakçılarının işçi görüşü keçirilib.

AZƏRTAC vilayətin Ticarət və Sənaye Palatasına istinadla xəbər verir ki, nümayəndə heyətinin üzvləri görüşdə noyabrın 1-də Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya Regionlararası Forumla əlaqədar təşkilati və texniki məsələləri müzakirə ediblər.

Görüş çərçivəsində, həmçinin “Azərbaycanın işgüzar mühitində biznes aparılmasının incəlikləri” mövzusunda seminar-praktikum keçirilib. “Hofstede Centre Itim International” mərkəzinin kros-mədəni menecment üzrə sertifikat almış mühazirəçi İrina Plotnikova tədbir iştirakçılarını Azərbaycan mədəniyyəti və mentalitetinin xüsusiyyətləri barədə məlumatlandırıb, işgüzar danışıqlar aparılmasının səmərəli strategiyasını nümayiş etdirib.

Ticari-iqtisadi missiyada Nijni Novqorod vilayəti hökumətinin nümayəndələri, Azərbaycan şirkətləri ilə əməkdaşlığa maraq göstərən müəssisə və təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Səfər proqramında Azərbaycan müəssisələri ilə b-2-b formatında fərdi işgüzar danışıqların aparılması, yerli müəssisələrə tanışlıq səfərləri, hakimiyyət orqanlarının nümayəndələri və digər işgüzar təşkilatların təmsilçiləri ilə görüşlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.