MƏDƏNİYYƏT


Nijni Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olacaq

A+ A

Moskva, 5 oktyabr, AZƏRTAC

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Nijni Novqorod nümayəndəliyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə Rusiyanın bu şəhərində SSRİ Xalq Artisti, görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert təşkil edəcək.

ÜAK-ın Nijni Novqorod regional bölməsi mətbuat xidmətinin məlumatına görə, M.Maqomayevin repertuarından olan mahnıları Ümumrusiya və beynəlxalq estrada mahnıları müsabiqələrinin laureatı Nikolay Penyakin səsləndirəcək. N.Penyakin oxşar konsertlərlə Azərbaycanda və Rusiya şəhərlərində dəfələrlə çıxış edib. O, unikal ifa tərzi və qəlbləri oxşayan səsi ilə tamaşaçıların rəğbətini qazana bilib.

Tədbirin proqramına Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotoşəkillər, bioqrafik kitablar və musiqi irsi sərgisi də daxildir. Konsertdə, həmçinin digər ifaçıların və yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.