DÜNYA
Nikaraquada prezident seçkiləri: Daniel Orteqa öndə gedir
Bakı, 7 noyabr, AZƏRTAC
Nikaraquanın hazırkı Prezidenti Daniel Orteqa və hakim Sandinist Milli Azadlıq Cəbhəsi noyabrın 6-da keçirilən ümumi seçkilərdə böyük fərqlə irəlidə gedir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə hüququna malik 3,6 milyondan çox nikaraqualı dövlət başçısı və vitse-prezidentdən əlavə, Milli Assambleyanın 90, Mərkəzi Amerika parlamentinin isə 20 deputatını da seçməlidir.
Ali seçki şurası seçkilərdə səsvermə hüququna malik əhalinin 65 faizinin iştirak etdiyini bildirib. Bülletenlərin 21,3 faizinin hesablanmasından sonra Orteqa seçicilərin 71 faizdən çoxunun etimadını qazanaraq liderliyə yüksəlib. Onun rəqibi Liberal Konstitusiyaçılar Partiyasının namizədi, sandinistlərlə silahlı mübarizənin iştirakçısı Maksimino Rodriges isə 16,4 faiz səs toplayıb.
Qeyd edək ki, Nikaraqua konstitusiyasına uyğun olaraq, prezident və vitse-prezident “ümumi, bərabər, birbaşa, azad və gizli səsvermə” yolu ilə seçilir.
Daniel Orteqa 1985-ci və 2007-ci illərdə də Nikaraqua prezidenti seçilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]