İDMAN
Niko Rosberq Formula-1 Avropa Qran-prisinin sıralama yürüşündə qalib gəlib [YENİLƏNİB] VİDEO
Sıralama yürüşünə yekun vurulub. “Mercedes” komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. “Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.
Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:
1. Niko Rosberq – “Mercedes”
2. Serxio Peres – “Force İndia”
3. Daniel Rikkardo – “Red Bull Racing”
4. Sebastian Fettel – “Ferrari”
5. Kimi Raykonnen – “Ferrari”
6. Felipe Massa – “Uilyams”
7. Daniil Kvyat – “Red Bull Racing”
8. Valtteri Bottas – “Uilyams”
9. Maks Ferstappen – “Toro Rosso”
10. Luis Hamilton – “Mercedes”
İkinci təsnifatdan sonra:
11. Roman Qrojan - "Haas"
12. Niko Hülkenberq - "Force İndia"
13. Karlos Sayns - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Estabean Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"
Birinci təsnifatdan sonra:
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renualt"
22. Kolion Palmer - "Renault".
X X X
17:02
Bakı, 18 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 18-də saat 17:00-da Formula-1 Avropa Qran-prisinin sıralama yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, bu yürüşdə də hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparır.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sains, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.
Sıralama yürüşündə pilotlar bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışırlar.