İDMAN


Niko Rosberq Lyuis Hemilton ilə toqquşduğuna görə cəzalandırılması ilə razılaşmır

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula -1” Avstriya Qran-prisinin son dövrəsində komanda yoldaşı, britaniyalı Lyuis Hemilton ilə toqquşan “Mersedes” komandasının almaniyalı yürüşçüsü Niko Rosberqi qəza törətməkdə təqsirli sayıb. Amma pilotun özü bu qərarla razılaşmır.

AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, o hadisəni şərh edərkən vurğulayıb: “Stüardlar yaranmış vəziyyətdə məni təqsirli bildilər. Özümü təqsirli saymasam da, hakimlərin qərarını qəbul edirəm. Mən daxili trayektoriyanı müdafiə edirdim, amma nəticədə komanda yoldaşımla toqquşdum. Hərçənd əmin idim ki, bu yürüşdə qalib gələcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.