İDMAN


Niko Rosberq dünya çempionluğunu həyat yoldaşına həsr edib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

“Formula-1” üzrə Əbu-Dabi Qran-prisi 2016-cı il mövsümündə mənim üçün ən çətini oldu. Yarışın əvvəlində əsasən Maks Ferstappen ilə mübarizə apardım. Yarışın sonuna yaxın bu mübarizəyə Sebastian Vettel də qoşuldu. Mənim üçün gərgin bir yürüş oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 27-də Əbu-Dabi Qran-prisində ikinci olsa da, dünya çempionatını qələbə ilə başa vuran “Mercedes”in pilotu Niko Rosberq deyib.

Çempionluğunu həyat yoldaşına həsr etdiyini vurğulayan Niko Rosberq ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Atasının uğurunu təkrarladığı üçün özünü xoşbəxt hiss edən çempion onunla görüşəcəyi günü səbirsizliklə gözlədiyini deyib. Niko Rosberq qeyd edib ki, atasının fikirləri onun üçün çox önəmlidir.

“Komanda yoldaşım Luis Hamiltonu dünya çempionatında ikinci olması münasibətilə təbrik edirəm. Hər ikimiz üçün gərgin bir mövsüm oldu. Luis çətin rəqibdir. Etiraf etməliyəm ki, onu yarışda ötmək mümkünsüzdür. Bütün komandamızı təbrik edirəm. Biz yenidən qalib gəldik”, - deyə Niko Rosberq əlavə edib.

Qeyd edək ki, Niko Rosberq idman ictimaiyyətində “Keke” ləqəbi ilə tanınan Keyo Erik Rosberqin oğludur. “Formula-1” pilotu olan Keke 1982-ci ildə təşkil olunan dünya çempionatının qalibi olub. O, hazırda Niko Rosberqin meneceridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.