İDMAN


Niko Rosberq sonuncu dəfə “Mercedes W07”maşınının sükanı arxasına oturub

Bakı, 21 dekabr, AZƏRTAC

Formula-1 üzrə dünya çempionatında son 3 ilin qalibi olan “Mercedes AMG” komandası adəti üzrə Ştutqart yaxınlığındakı Zindelfingen trasında azarkeşləri ilə görüş keçirib.

AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, trasa toplaşan azarkeşlərin alqışları altında 2016-cı ilin dünya çempionu Niko Rosberq sonuncu dəfə “Mercedes W07” maşınının sükanı arxasına oturub.

Almaniyalı sürücünün trasdakı sonuncu dövrəsini yalnız bolidə quraşdırılmış kameralar deyil, Nikonun əlindəki telefon da qeydə alıb. Pilot maraqlı selfi çəkilişlər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.