İDMAN


Nikola Sarkozi PSJ futbol klubunun prezidenti ola bilər

Bakı, 17 dekabr, AZƏRTAC 

Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “GQ France” jurnalı məlumat yayıb.

Nəşrə görə, Paris təmsilçisinin sahibi olan Qətər əmiri Tamin əl-Tani artıq bununla bağlı Sarkoziyə təklif ünvanlayıb.

Bildirilir ki, bu təyinatın birinci dövrənin qış fasiləsində elan olunacağı gözlənilir. PSJ-nin sabiq azarkeşi sayılan və hər ev oyununu izləməyə gələn Sarkozi klubda prezident vəzifəsində Nasser-Əl-Xelaifini əvəzləyəcək. Altmış bir yaşlı siyasətçi 2007–2012-ci illərdə Fransaya başçılıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.