İQTİSADİYYAT
“Nikoyl” Bankın nizamnamə kapitalı 94 milyon 500 min manata çatıb
Bakı, 23 oktyabr, AZƏRTAC
“Nikoyl” Bankın əsas səhmdarı "Topaz Investments" QSC bankın 60 milyon manat dəyərində olan səhmlərinin yeni emissiyasının birinci hissəsini alıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, səhmlər cari il sentyabrın 30-da Bakı Fond Birjasında yerləşdirilib. Beləliklə, bankın nizamnamə kapitalının artırılmasının birinci mərhələsi başa çatıb və nizamnamə kapitalı 94 milyon 500 min manat təşkil edib.
Doxsan milyon manat civarında ikinci tranş isə nizamnamə kapitalının 184 milyon 500 min manat həcminədək artırılmasını nəzərdə tutur. Bu qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub. Bankın majoritar səhmdarı lazımi vəsaitləri banka yerləşdirib və hazırda səhmlərin birja vasitəsilə emissiyası üzərində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]