CƏMİYYƏT


Nil rəngini dəyişib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Misirlilər bu həftə Nil çayının suyunun sarı-qəhvəyi rəngə boyandığını müşahidə ediblər.

AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, bu, ölkənin bəzi rayonlarında yağan güclü yağışlar nəticəsində baş verib. Yağış əhəng təpələrini yayaraq palçıq axınını çaya axıdıb. Çay o qədər bulanıq olub ki, hətta bir neçə su stansiyası bağlanıb və ayrı-ayrı rayonlarda suyun verilməsində fasilələr yaranıb.

Misirin səhrada yaşayan 92 milyon əhalisinin əksəriyyəti kənd təsərrüfatı və məişət ehtiyacları üçün Nilin suyundan istifadə edir.

Ekspertlər çayın suyu təmizlənənə qədər misirliləri su içməkdən çəkindirirlər və onlara gözləməyi tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.