İQTİSADİYYAT
Nire Purizbəxt: İran və Azərbaycanın standartlaşma sahəsində əməkdaşlığı zəruridir
Tehran, 13 avqust AZƏRTAC
İranın Milli Standartlaşdırma Təşkilatı Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlığa hazırdır.
Bu sözləri İranın Milli Standartlaşdırma Təşkilatının sədri xanım Nire Purizbəxt İRİB televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, İran və Azərbaycan arasında iqtisadi əlaqələrin getdikcə dərinləşməsi standartlaşma sahəsində də əməkdaşlığı zəruri edir.
İran rəsmisi bildirib ki, ilkin mərhələdə texniki əməkdaşlıq əlaqələri qurulacaq, təlim kursları keçiriləcək və birgə konfranslar təşkil olunacaq. Qurumlar qarşılıqlı olaraq bir-birinin iş prinsiplərini öyrənib müvafiq addım atacaqlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran