DÜNYA


“Nissan” və “Microsoft” şirkətləri internetli avtomobillərin hazırlanmasına başlayır

A+ A

Tokio, 28 sentyabr, AZƏRTAC

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkəti və onu fransalı tərəfdaşı “Renault” “Microsoft” şirkəti ilə birlikdə avtomobilləri internetlə birləşdirəcək yeni texnologiyaların üzərində işləməyə başlayıb. Bu texnologiya çoxlu sayda xidmətlərin göstərilməsinə şərait yaradacaq.

NHK televiziya kanalının verdiyi məlumata görə, avtomobilin sürücüsü oturacağın yanında yerləşdiriləcək panelə toxunuşla sürətli yolda hərəkət və ya dayanacaq haqqını ödəyəcək. Bundan əlavə, istifadəçi smartfon və ya şəxsi kompyuteri vasitəsilə elektromobili yanacaqla dolduracaq və qapıları da açacaqdır.

Mühəndislər, eyni zamanda, avtomatik idarəetməyə malik avtomobillər üçün coğrafi xəritələr barədə məlumat alınması üzərində də çalışırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.