CƏMİYYƏT


Nitsada törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi Fransanın Azərbaycandakı səfirliyində anılıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC 

Fransanın Nitsa şəhərində törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

İyulun 18-də Azərbaycanın maliyyə naziri Samir Şərifov səfirliyə gələrək Fransa xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Azərbaycan dövlətinə və xalqına dəstəyə və həmrəyliyə görə minnətdarlıq edib, bunu xalqlarımız arasında dostluğun daha bir göstəricisi kimi dəyərləndirib.

Nazir Samir Şərifov Azərbaycan xalqının Fransanın dərdinə şərik olduğunu bildirib. O vurğulayıb ki, bu hadisə terrorizmə qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.