MƏDƏNİYYƏT


Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş konsert proqramı

Bakı, 11 yanvar, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra simfonik orkestrin müşayiəti ilə konsert proqramı təqdim edilib. Konsertdə respublikanın tanınmış ifaçıları xalq və bəstəkar mahnılarını səsləndiriblər.

Orkestrə Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov dirijorluq edib. Konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.