MƏDƏNİYYƏT


Niyazinin ev-muzeyində növbəti tədbir uşaqlara həsr ediləcək

Bakı, 25 may, AZƏRTAC

İyunun 1-də Niyazinin ev-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Musiqili fidanlar” adlı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və R.Babayev adına 25 nömrəli on bir illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbir çərçivəsində uşaqların cəmiyyətdəki rolu, onların hər zaman müdafiə edilməsi, habelə cəmiyyətdə uşaqlara xüsusi qayğının göstərilməsi mövzularından danışılacaq.

Həmçinin, tədbirdə ədəbi-bədii kompozisiyalar təqdim ediləcək, uşaqların ifasında mahnı və şeirlər səslənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.