MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü keçiriləcək

Bakı, 31 iyul, AZƏRTAC

Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq.

Avqustun 2-dən start veriləcək “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.