MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq

Bakı, 4 avqust, AZƏRTAC

Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin 105 illiyi çərçivəsində maestrolunun adını daşıyan mənzil-muzeyində “Açıq qapı” günü təşkil ediləcək. Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi avqustun 20-də Fəxri xiyabanda maestronun məzarını və heykəlini ziyarət edəcək, eyni zamanda, bir sıra tədbirlər təşkil olunacaq. “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.