MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyində “Musiqili fidanlar” adlı konsert olub

Bakı, 1 iyun, Aynur İsmayılova, AZƏRTAC

İyunun 1-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Musiqili fidanlar” adlı konsert olub.

AZƏRTAC xəbər verir ki, Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov tədbirin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunduğunu bildirib. Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova uşaqları bayram münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə məktəbin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərləri səsləndirilib.

Çıxışlar Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolar və muzeyin tədbirlərində iştirak etmiş istedadlı musiqiçi uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.