MƏDƏNİYYƏT


Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəbul edilən sənədlər arasında Nizami Cəfərovun əlyazmaları, məktubları və başqa sənədlər də yer alıb.

Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.