SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Afinada beynəlxalq sammit keçirilir

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Yunanıstanın paytaxtı Afina şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə “Concordia” təşkilatının Avropa Sammiti işə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək sammitdə Avropa İttifaqı-ABŞ münasibətləri, təhsil və səhiyyə sahəsində əməkdaşlıq, qaçqın böhranı, insan haqları, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunur.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və başqaları iştirak edirlər.

Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosin açılış nitqindən sonra sammit öz işini panel iclasla davam etdirib.

İclasda Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozu ABŞ ilə Avropa İttifaqı arasında iqtisadi və ticari münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı fikirlərini bölüşüb.

Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Serbiyanın sabiq Prezidenti Boris Tadiç və Yunanıstanın sabiq Baş naziri Kostas Karamanlis ilə görüşü keçirilib. Görüşdə 2018-ci ildə Bakı şəhərində keçiriləcək VI Qlobal Bakı Forumu və Yunanıstanda keçirilməsi nəzərdə tutulan XIV ali səviyyəli toplantı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.