Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldindən və İdarə Heyətinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Əlamətdar yubileyiniz münasibətilə çoxsaylı dostlarınızın və Sizi təbrik edənlərin hamısının arzularına qoşulmaqdan məmnunluq duyuruq. Qoy qarşıdan gələn illər Sizə cansağlığı, xoşbəxtlik və uğur gətirsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə möhkəm dəstəyinizə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq.

Ən xoş arzularla,

 

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

 

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Misirin İsgəndəriyyə kitabxanasının direktoru

 

İdarə Heyətinin üzvləri

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

 

Emil Konstantinesku

1996-2000-ci illərdə Rumıniyanın Prezidenti

 

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiya Respublikasının Prezidenti

 

Peter Stoyanov

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin