SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri İsrailin sabiq xarici işlər naziri ilə görüşüblər

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və baş katibin müavini avqustun 9-da İsrailin sabiq xarici işlər naziri, Knessetin üzvü Tzipi Livni ilə görüşüblər .

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məqsədilə cari ilin noyabrında Bosniyada keçiriləcək görüş müzakirə olunub. Bildirilib ki, 2013-cü ildən bəri hər il davamlı olaraq təşkil edilən Qlobal Bakı forumları müasir dünyanın bir çox problemlərinin həllinə böyük töhfələr verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayan sabiq nazir bildirib ki, bu qurumun mövcudluğu və fəaliyyəti qloballaşan dünyada sistemli siyasi platformanın yaradılması baxımından xüsusi rola malikdir.

Qeyd edək ki, Knessetin üzvü Tzipi Livni 2016-cı ilin martında keçirilən IV Qlobal Bakı Forumunda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.