CƏMİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Nyu-Yorkda bir sıra görüşlər keçiriblər

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir. Təşkilatın rəhbərliyi səfər çərçivəsində Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Bill Klinton, BMT-nin baş katibi vəzifəsinə namizəd, UNESCO-nun baş direktoru İrina Bokova, Avropa İttifaqının vitse-prezidenti Kristalina Georgiyeva, Avropa İttifaqının sabiq prezidenti Joze Manuel Barrozu ilə görüşlər keçirib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, NGBM-in nümayəndələri təşkilatın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və hökumətlər, Mərkəzin həyata keçirdiyi layihələrin məqsədi və əhəmiyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Müzakirələr zamanı 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumu, Forumun gündəliyində duran aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün bu tədbirin yaxşı imkan yaratdığı bildirilib. Vurğulanıb ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.

Qeyd edək ki, NGBM-in Nyu-Yorka səfər edən nümayəndə heyətinin tərkibinə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin baş katibi Rövşən Muradov daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.