MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində Rusiya istehsalı olan filmlərin nümayişinə başlanılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Nizami Kino Mərkəzində “Qar Kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya istehsalı olan “Vikinq” filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib.

Filmdə rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.

Rusiya istehsalı olan “Qar Kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir.

Macəra və ailəvi komediya janrında çəkilən filmdə rolları Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları canlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.