MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində iki yeni filmin nümayişinə başlanılıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində Türkiyənin “Benim adım Feridun” və ABŞ-ın “Fantastik məxluqlar” filminin nümayişinə başlanılıb.

Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “AF Mediya–Azərbaycan” şirkətinin təqdim etdiyi “Benim adım Feridun” filmini rejissor Çağan İrmak komediya janrında ekranlaşdırıb. Məhəbbət mövzusunda olan filmdə cərəyan edən hadisələr tanınmış aktyorlar tərəfindən məharətlə canlandırılıb. Böyük Britaniya və ABŞ istehsalı olan və “3D” formatda çəkilmiş “Fantastik məxluqlar” filmini C.K.Roulinqin ssenarisi əsasında rejissor Devid Yeyts fantaziya və macəra janrında çəkib.

Film sehrbazların Nyu-Yorkdakı məxfi cəmiyyətə düşmüş yazıçı Nyut Skamanderin macəralarından bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.