MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində növbəti qala-gecə gözlənilir VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzi “Af Media” şirkəti ilə birgə növbəti film təqdimatı ilə yenidən gündəmdədir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi “Sevimli tehlikeli” filminin baş qəhrəmanları - Şükrü Özyıldız və Ayça Ayşin Turanla birgə fevralın 23–də Nizami Kino Mərkəzində keçiriləcək qala–gecəsinə qatılmaq üçün Bakıya gələcəklər.
Özcan Denizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Ədirnədə bir qızı beşikdə ikən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok, qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləməkdədir.
“Avşar Film” və “DNZ Film”in ortaq işi olan bu filmdə də Özcan Deniz sevgi, romantizm və dram elementlərini önə çəkib.
Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.