MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılmışdır VİDEO
Bakı, 11 iyul (AZƏRTAC). Nizami Kino Mərkəzində “Üstünlük” və “Baş itirmək üçün milyon üsul” adlı filmlərin nümayişinə başlanılmışdır.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bilrimişlər ki, rejissor Uolli Pfisterin döyüş, dram, triller, fantastika janrında çəkdiyi “Üstünlük” filmi kompyuter dahisi, alim Uillin həyatından bəhs edir.
Bu ekran əsərində rollarda tanınmış aktyor Conni Depp, Keyt Mara, Morqan Friman, Rebekka Xoll, Killian Merfi, və başqaları çəkilmişlər.
“Baş itirmək üçün milyon üsul” filmi ABŞ kinematoqrafçılarının istehsalıdır. Rejissor və baş qəhrəman rolunun ifaçısı Set Mak Farleyn bu ekran əsərini komediya janrında çəkmişdir.
Hər iki film kinosevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.