MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni üç amerikan filminin nümayişi başlanıb
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Con Erik Daudalın çəkdiyi “ Paris: ölülər şəhəri” filmi dəhşət saçan trillerdir.
Eyfel qülləsinin möhtəşəmliyi, Yelisey zəmilərinin rəngarəngliyi, nəfis fransız mətbəxinin ətri və hətta şəhər butiklərinin cazibəsi Parisin yalnız gözə görünən tərəfidir. Şəhərin görünməyən üzü olan sonsuz katakombalarda isə bu dünyanın əsl sahibləri yaşayır.
Filmdə rolları Ben Feldman, Edvin Xoc, Perdita Viks, Fransua Sivil, Ali Maxyar, Kosme Kastro, Hamid Cavidan, Emi Levi və digər aktyorlar canlandırıblar.
“Anabelin lənəti” filmini Qari Dobermanın ssenarisi əsasında rejissor Con R. Leonetti lentə alıb. Film dəhşət janrında çəkilib.
Filmdə rolları Annabell Uollis, Elfri Vudard, Erik Ladin, Mişel Romano, Uord Xorton və başqa aktyorlar ifa edib.
“Yox olmuş” filmi də amerikan kinematoqrafçılarının istehsalıdır. Gillian Flinnin ssenarisi əsasında rejissor Devid Finçerin ekranlaşdırdığı film triller, dram və kriminal janrındadır.
Evliliklərinin 5 illik yubileyini qeyd etməyə hazırlaşan ailənin xanımı yoxa çıxır. Mübarizə və pis silinmiş qan izləri ilə yanaşı, bu müəmmalı sirrin açılmasına, ağıllı və hədsiz dərəcədə ixtiraçı olan qadının hər il əri üçün hazırladığı oyunun ip ucları kömək olur.
Rollarda Ben Afflek, Rozamund Payk, Nil Patrik Harris, Missi Payl, Kerri Kun və digər aktyorlar çəkilib.