MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzinin ABŞ istehsalı olan filmlər

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Cek Riçer 2” bədii, “Kubo. Samuray əfsanəsi” animasiya filmlərinin və yumor ustası Fərda Aminin “Selfinaz”ının nümayişi başlanıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünya şöhrətli aktyor Tom Kruzun rol aldığı “Cek Riçer 2” trillerinin rejissoru Edvard Tsvik, ssenari müəllifi Riçard Uenk və Edvard Tsvikdir.

Rolları Tom Kruz, Kobi Smolders, Danika Yaroş, Nindja N.Devu, Robert Nepper, Eldis Xoc, Xolt MakKellani, Syu-Linn Ansari, Culiya Xolt və Çeyz Savoy canlandırıblar.

“Kubo. Samuray əfsanəsi” animasiya filmini Mark Heymsin ssenarisi əsasında rejissor Trevis Nayt fentezi və macəra janrında çəkib.

Rollarda Art Parkinson, Şarliz Teron, Reyf Fayns, Corc Takey, Keri-Xiroyuki Taqava, Brenda Vakkaro, Runi Mara, Mettyu MakKonaxi, Meyrik Merfi və Mina Nodzi çəkiliblər.

Həmçinin bu həftədən başlayaraq Fərda Aminin “Selfinaz” “stand up”ını canlı izləyə bilməyənlərə 70 dəqiqə gülüş fürsəti veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.