MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzinin ekranında iki yeni film VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-dan Nizami Kino Mərkəzində ABŞ-ın "Revers 666" və AF Media şirkətinin təqdimatı ilə Türkiyənin "Sicccin 2" filmlərinin nümayişi başlanır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Kersten Elmsin ssenarisi əsasında rejissor Markus Nispelin çəkdiyi "Revers 666" filmi dəhşət və triller janrındadır.
Baş rollara aktyorlar Stiven Lenq, Kevin Çepmen, Kelli Blats, Brittani Karren, Brett Dir, Qeyc Qolaytli, Nik Nak, Nik Nordella, Maykl Ormsbi və Cennifer Sayps çəkiliblər.
Həmçinin, həmin gündən etibarən AF Media şirkətinin təqdim etdiyi "Siccin 2" filminin də nümayişi başlanır.
Ssenari müəllifi və rejissor Alper Mestçinin çəkdiyi bu film qorxu janrındadır.
Filmdə Hicran və Adnan cütlüyünün lənətlənmiş eşqindən danışılır. Bu lənət onlara nələr yaşadacaq? Doğulan uşaqlarının taleyi necə olacaq? Tamaşaçı hansı qorxu dolu anlar yaşayacaq? Bütün bunlar filmdə nümayiş olunacaq...
Rollara Şeyda Terzioğlu , Bulut Akkale , Seda Oğuz , Yavuz Çetin , Reyhan İlhan və başqaları çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. https://www.facebook.com/NizamiCinema?rf=hl