MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzinin ekranında milli romantik komediya: “Gizlənqaç”

A+ A

Bakı, 10 noyabr, A.İsmayılova, AZƏRTAC

Nizami Kino Mərkəzi ABŞ istehsalı olan “Uidji: iblis lövhəsinin lənəti” və “Gizlənqaç” milli komediyasının nümayişinə başlayır.

“Uidji: iblis lövhəsinin lənəti” filminin ssenari müəllifi və rejissoru Mayk Fleneqandır. Film triller və dəhşət janrında çəkilib.

Ruhları çağıran Uidji lövhəsi heç vaxt sadə oyun olmayıb. O, ölülər dünyasının portalına xidmət edib. Lövhə, dirilər və ölülər aləminin arasında olan qapıdır. Amma bir gün ruhlar nəzarətdən çıxaraq pis yamanlıqla uşaq bədəninə sahib olurlar.

Filmdəki rollara Annalisa Basso, Elizabet Rizer, Lulu Uilson, Henri Tomas, Parker Mak, Holli Çarlton, Aleks G. Zall, Daq Cons, Keyt Siqel və Sem Anderson çəkilib.

“Gizlənqaç” milli filminin rejissoru Elmir Süleymanov, prodüseri Müşfiq Şahverdiyevdir. Film romantik komediya janrındadır.

Film kloun işləyən iki gəncin həyat və sevgi yolunda düşdüyü sərgüzəştlərindən bəhs edir. Baş rollarda Müşfiq Şahverdiyev, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.