MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzinin növbəti qala-gecəsində türk ulduzları VİDEO

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzi “Af Media” şirkəti ilə birgə növbəti filmin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, noyabrın 26–da Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi “İkinci şans” filminin baş qəhrəmanları Nurgül Yeşilçay və Mesut Can Tomay ilə birgə Nizami Kino Mərkəzində baş tutan qala–gecəsində iştirak edib.

Pərəstişkarların coşqulu alqışları ilə qarşılanan artistlər tamaşaçılarla birlikdə filmi izləyiblər.

Romantik dram janrında çəkilən film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.

“Avşar film” və “DNZfilm”in istehsalı olan ekran əsərində Özcan Deniz, Nurgül Yeşilçay, Mesut Can Tomay, Afra Saraçoğlu, Berrin Sarısay Ağhasanoğlu, Fulya Şirin, Anıl Altıngöz, Aybikə Turan və başqaları rol alıb.

Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.