REGİONLAR


Nizami Mursakulov: Gələcəkdə dağ yürüşü üzrə beynəlxalq yarışlar da təşkil etmək mümkündür

A+ A

Qax, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dağçılıq idmanı dünyada inkişaf etmiş idman növlərindən sayılır. Hər il bu idman növü üzrə beynəlxalq yarışlar, dünya çempionatları keçirilir. Həmin yarışlarda minlərlə idmançı mübarizə aparır. Azərbaycanda da bu idman növünə həvəs böyükdür. Arzu edirik ki, ölkəmizdə bu idman növü daha da inkişaf etsin. Gələcəkdə belə yarışlara daha çox idmançı qatılsın.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Alpinizm Federasiyasının prezidenti Nizami Mursakulov Qaxda keçirilən dağ yürüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.

Federasiya rəhbəri deyib ki, Qax rayonunun səfalı bir guşəsində, İlisu kəndində ilk dəfədir belə yarış keçirilir. Marşrut iştirakçıları dağ cığırları, meşəlik və açıq sahə boyunca 25 kilometr məsafə qət ediblər. Marşrutun ən hündür nöqtəsi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə olub. Marşrut boyunca 4 yerdə nəzarət məntəqəsi təşkil edilib. İştirakçılar həmin məntəqələrdə həkim nəzarətindən keçib, onlara isti yemək, çay və kofe verilib. Dağ yolu marşrutu çox yaxşı hazırlanıb. 23 idmançıdan yalnız iki nəfər müəyyən səbəbdən məsafəni başa çatdıra bilməyib. Qalan 21 idmançı marşrutu uğurla başa vurub. Bu, çox yaxşı nəticə hesab olunur.

Nizami Mursakulov bildirib ki, bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilərsə, gələcəkdə bu marşrut üzrə beynəlxalq yarışlar da təşkil etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.