Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nizami rayonunda altı ayda 817 yeni iş yeri açılıb

Nizami rayonunda altı ayda 817 yeni iş yeri açılıb

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Nizami Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov respublikamızda dinamik inkişafın təmin edilməsində Nizami rayonunun da öz payı olduğunu deyib. Bildirib ki, aparılan uğurlu yenidənqurma işləri nəticəsində rayondakı sənaye müəssisələrinin fəaliyyəti daha da canlanıb.

Sonra rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev cari ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənildi.

Bildirildi ki, yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 250,7 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,1 faiz çoxdur. Sənayedə istehsalın 26,6 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda isə 184,1 milyon manatlıq və ya ümumi istehsalın 73,4 faizi qədər məhsul istehsal edilib, xidmətlər göstərilib.

Məlumat verildi ki, müəssisələr tərəfindən ötən altı ayda ümumi dəyəri 268,5 milyon manatlıq hazır məhsul istehlakçılara göndərilib. Bu rəqəm də yarımillik istehsal həcminin 107,1 faizini təşkil edir. İyulun 1-i vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 2,5 milyon manatlıq olub. Hesabat dövründə öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi isə 143,9 milyon manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 80,1 faiz təşkil edib.

Qeyd edildi ki, bu ilin 6 ayı ərzində rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 151,6 milyon manat həcmində investisiya yönəldilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyaların 100 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Adambaşına düşən investisiyaların həcmi isə 841,8 manat olub.

Bildirildi ki, altı ayda rayondakı iaşə müəssisələrində 27,7 milyon manatlıq xidmət göstərilib və bu da keçən ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çoxdur. Yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 49,5 faiz artaraq 304,4 milyon manat olub. Pullu xidmətlərin 112,3 milyon manatı və ya 36,9 faizi hüquqi şəxslərin, 192,1 milyon manatı və ya 63,1 faizi fiziki şəxslərin fəaliyyəti hesabına yaranıb. Hesabat dövründə məişət xidməti obyektlərində 48,7 milyon manatlıq müxtəlif xidmətlər göstərilib ki, bu da əhaliyə göstərilən pullu xidmətlərin 16 faizini təşkil edib.

Həmçinin, hesabat dövründə rayonda 817 yeni iş yeri açılıb ki, ondan 261-i yeni açılan, 140-ı mövcud müəssisə və təşkilatlara, 416-sı isə fiziki şəxslərə aiddir. Ümumilikdə son on ildə rayonda 24 min 960 yeni iş yeri açılıb ki, bunun da 24 min 863-ü daimi iş yerləridir.

Bildirildi ki, bu ilin birinci yarısında rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilib, 103 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.

Hesabat dövründə qazanılan digər nailiyyətlərdən də danışan Tahir Budaqov məlumat verdi ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayondakı 12 nömrəli orta məktəbdə 200 yerlik (10 sinif), 32 nömrəli orta məktəbdə 640 yerlik (32 sinif) və 238 nömrəli orta məktəbdə 320 yerlik (16 sinif) əlavə korpusların tikintisi, Bakı Texniki Kollecinin əsaslı təmiri və yenidənqurulması işləri davam etdirilir. Kimya-biologiya təmayüllü respublika liseyində isə qazanxananın təmiri və yenidənqurulması başa çatdırılıb, hazırda əsas korpusun əsaslı təmirinə başlanılıb.

T.Budaqov vurğuladı ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”na töhfə vermək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən daxili resurslar hesabına 110 və 172 nömrəli uşaq bağçalarının hər birində 80 yerlik əlavə korpus tikilib, Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə 100 yerlik, T.Abbasov küçəsi 28 ünvanında isə 120 yerlik yeni özəl uşaq bağçalarının inşası isə davam etdirilir.

Yığıncaqda əldə edilən nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər də müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib