CƏMİYYƏT


Nizami rayonunda baş verən yanğın nəticəsində dörd nəfər ölüb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Bakının Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovet İttifaqı dövründən) yaşayış binasının ümumi sahəsi 210 kvadratmetr olan zirzəmisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində otaqların yanar konstruksiyaları 97 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlunun, həyat yoldaşı 1986-cı il təvəllüdlü Babaşova Cəvahir Əlövsət qızının və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlunun, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.