CƏMİYYƏT


Nizami rayonunda hündürmərtəbəli binada  yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənib

Bakı, 30 iyun, AZƏRTAC

Bakının Nizami rayonunda 14 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın 5-ci mərtəbəsində ümumi sahəsi 82 kvadratmetr olan dördotaqlı mənzilin eyvanı və iki otağın plastik pəncərə və qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç sakin xilas edilib, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.